Bələdiyyələrin sənədlərinin və xəritələrinin olmaması problemlər yaradır- DEPUTAT
![Bələdiyyələrin sənədlərinin və xəritələrinin olmaması problemlər yaradır- DEPUTAT Bələdiyyələrin sənədlərinin və xəritələrinin olmaması problemlər yaradır- DEPUTAT](https://anews.az/photo/850x500/2025/02/14/1739519659_kamran-bayramov.jpg)
Bəzi bələdiyyələrin sənədlərinin və xəritələrinin olmaması onların fəaliyyəti üçün problemlər yaradır. Bunu Milli Məclisin deputatı Kamran Bayramov deyib.
"Bələdiyyələrin səmərəli fəaliyyəti üçün gəlirlərin çox olması vacibdir. Dövlət tərəfindən addımlar atılır. Vəsaitlər ayrılır.Lakin müəyyən bir hissə bələdiyyələri xəritələrinin olmaması problemdir. Fəaliyyətində problemlər yaradır. Əgər bu sənədlər və xəritələr olarsa bələdiyyələrin fəaliyyətinə yaxşı nəticə verər. Məsələn həmin bələdiyyələr normal vergi yığa bilər, öz səlahiyyətində olan torpaqları faydalı istiqamətlər üçün istifadə edər", - Bayramov bildirib.
Deputat bildirib ki, hazırda qeyri rəsmi 1 milyona yaxın sənədsiz ev var. Bu evlərin sənədləşməsi sürətlənərsə bələdiyyələrin işi üçün də faydalı olar. Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Seçkilərin ilkin nəticələri açıqlanıb. Tam yekun nəticə isə MSK tərəfindən bugün açıqlanacaq.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)