• $ 1.7
  • € 1.7774
  • ₽ 1.8994
  • ₺ 0.047
  • £ 2.1344

Bu müəssisələrin lisenziyaları ləğv olunub

Bu müəssisələrin lisenziyaları ləğv olunub
15.02.2025 09:45

Yanğından mühafizə fəaliyyəti üzrə çalışan bəzi müəssisələrin lisenziyaları ləğv olunub.Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlamalar zamanı “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri” fəaliyyət növü üzrə lisenziyaya malik “Nəzarət ölçü cihazları və avtomatika” və “Gözcü güvənlik” məhdud məsuliyyətli cəmiyyətlərinin qeyd olunan fəaliyyət növü üzrə lisenziyanın şərtlərinə əməl etmədikləri aşkar olunub.

Keçirilmiş yoxlamalar zamanı sözügedən müəssisələrin fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq ixtisasa malik mütəxəssislərlə və işçi heyətlə, istifadə olunacaq avadanlıqlarla, maddi-texniki baza ilə təmin olunmadığı müəyyən olunub.

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Qanununun 27.3-cü maddəsinə əsasən, aidiyyəti üzrə qaldırılmış vəsatətlər nəticəsində yanğından mühafizə fəaliyyəti üzrə lisenziyanın şərtlərinə riayət etməyən sözügedən müəssisələrin müvafiq lisenziyaları ləğv olunub.

Dövlət Yanğın Nəzarəti Xidməti bu sahədə pozuntuların aşkar olunması və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı – Quba yolunda qəza olub, 4 pakistanlı yaralanıb
Cəmiyyət 22:57
Bakı – Quba yolunda qəza olub, 4 pakistanlı yaralanıb
Ağstafada 4 nəfər dəm qazından zəhərlənib
Cəmiyyət 20:25
Ağstafada 4 nəfər dəm qazından zəhərlənib
Şəkidə yol qəzası baş verib, ölən və yaralananlar var
Cəmiyyət 19:55
Şəkidə yol qəzası baş verib, ölən və yaralananlar var
“Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayır
Cəmiyyət 19:23
“Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayır
“BakıKart”da problem yaranıb
Cəmiyyət 18:40
“BakıKart”da problem yaranıb
Ödəmə terminallarını oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 16:01
Ödəmə terminallarını oğurlayan şəxs saxlanılıb
Bakıda beşmərtəbəli binadakı yanğın söndürülüb - Video - Yenilənib
Cəmiyyət 15:02
Bakıda beşmərtəbəli binadakı yanğın söndürülüb - Video - Yenilənib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
Cəmiyyət 12:50
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
Sabah hava yağmursuz olacaq
Cəmiyyət 12:23
Sabah hava yağmursuz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol