DYP sürücülərə müraciət edib
![DYP sürücülərə müraciət edib DYP sürücülərə müraciət edib](https://anews.az/photo/850x500/2025/02/15/1739607031_1647593061_f5.jpeg)
DYP dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı ilə bağlı sürücülərə müraciət edib.
Müraciətdə bildirilib:
"Baş DYP İdarəsinin Mətbuat YPX Alayının əməkdaşları ötən gün axşam saatlarından başlayaraq yol təsərrüfatı işçiləri ilə birgə respublika əhəmiyyətli avtomobil yollarının keçdiyi dağlıq ərazilərdə zəruri işlər həyata keçirir, sürücülərlə profilaktik söhbətlər aparır, onlara yollardakı mövcud vəziyyətlə bağlı məlumat verir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onlardan hava şəraitini düzgün qiymətləndirməyi, dağlıq və dağətəyi bölgələrə səfərlər zamanı zəruri ehtiyyat tədbirləri görməyi xahiş edir".
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)