“BakıKart”da problem yaranıb
![“BakıKart”da problem yaranıb “BakıKart”da problem yaranıb](https://anews.az/photo/850x500/2025/02/15/1739631431_422825790_283_0_1397_1114_1920x0_80_0_0_6c9c7aaba5b57b048d6bb77fbb3c53e4.jpg)
Bu gün Bakı şəhərində ictimai nəqliyyatda onlayn ödəniş sistemi olan “BakıKart”da problem yaranıb.
“Qafqazinfo” xəbər verir ki, “K Group” MMC-nin operatoru olduğu sistemdə internet problemi səbəbindən metro və avtobuslarda yarım saata yaxın müddətdə onlayn ödəniş etmək mümkün olmayıb.
Bank proqramları və “M10” tətbiqi vasitəsilə edilən ödənişlər “BakıKart” cihazlarındakı problem səbəbindən köçməyib.Nəticədə ictimai nəqliyyat vasitələrində növbələr və gecikmələr baş verib.
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)