Yanvvarda işsiz əhalinin sayı 220 mini keçib

2025-ci ilin yanvarında ölkədə 225,6 min nəfər işsiz kimi qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilib.
Onlardan 48%-ni qadınlar, 52%-ni kişilər təşkil edib.
İşsizlikdən sığorta haqqı yanvarda 441,4 manat olub.
2024-cü il Azərbaycanda ümumilikdə 217,2 min nəfər işsiz kimi qeydiyyata alınıb.
Ötən ildə işsizlik sığortası isə 394,9 manat olub.
Gülnar Nazimqızı