Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Bakının Binəqədi rayonunun bir neçə küçəsində qaz təchizatı dayandırılacaq.Bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yaşayış binasının qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə fevralın 19-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə S.S.Axundov, K.Kunanbəyov, Aydınbəyov və İ.Hacıyev küçələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.