Mətləb Bağırov 12 il müddətinə həbs olunub

"SalamNews” informasiya agentliyi və “İnterAz”ın rəhbəri Mətləb Bağırov 12 il müddətinə azadlıqdan məhrum edilib. Bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsi Bağırova hökm oxuyub.
Hökmdə onun 3 il jurnalistika fəaliyyətinə də qadağa qoyulub.
Mətləb Bağırov 30 yanvar 2023-cü ildə Dövlət Təhlükəsizlik Xidmətinin apardığı cinayət işi çərçivəsində həbs edilib. İş üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti zərərçəkmiş tərəf qismində çıxış edib. Bağırova cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması, saxta sahibkarlıq, dini-ekstremist materialların saxlanılması, qaçaqmalçılıq və digər ittihamlar irəli sürülüb.
O, 162-1.1 (işçi müqaviləsi olmadan çox sayda işçinin işə cəlb edilməsi), 167-3.1 (dini-ekstremist materialların saxlanılması), 193.2.2 (xüsusilə böyük gəlir əldə etməklə saxta sahibkarlıq), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş böyük məbləğdə vəsaitlərin leqallaşdırılması) və digər maddələri ilə ittiham olunur.
Aytac