Naxçıvan-Bakı-Naxçıvan avtobus reysləri bərpa edilir

Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə avtobus reysləri bərpa ediləcək.Bu barədə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyat Agentliyindən (NANA) məlumat verilib.
Məlumata əsasən, yollarda yaranmış kəskin buzlu və qarlı şəraitlə əlaqədar fevralın 25-dən etibarən Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar üzrə sadəcə, səhər reysləri bərpa ediləcək.
Qeyd edilib ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar fevralın 22-də Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar üzrə reyslər müvəqqəti dayandırılıb. Hər iki istiqamədə reyslərin tam bərpası hava şəraiti ilə əlaqədar tənzimlənəcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Son xəbərlər
Daha çox 