Heydər Əliyev prospektində yol çöküb - Yenilənib

Bakının Nizami rayonunda yolun bir hissəsi çöküb.
APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
İlkin məlumata görə, ərazidəki yolun çökməsinə yeraltı su borularından birinin partlaması səbəb olub.
Əraziyə DYP idarəsinin əməkdaşları cəlb olunub.
Yolda hərəkətin tənzimlənməsi istiqamətində işlər aparılır. Hava şəraiti və yaranan problem səbəbindən avtomobillərin hərəkətində müəyyən sıxlıq yaranıb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən əraziyə baxış keçirilir.
***
Bakıda Heydər Əliyev prospektində əsas yolla köməkçi yolu ayıran beton arakəsmə çöküb.Bu barədə APA xəbər verir.
Hadisə səbəbindən prospektdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Son xəbərlər
Daha çox 