Biləsuvarda bir evdə 6 nəfər dəm qazından zəhərlənib- Yenilənib

Biləsuvarda dəm qazından zəhərlənənlərin son vəziyyəti açıqlanıb.
Bu barədə TƏBİB-dən bildirilib ki, dəm qazından zəhərlənmə şübhəsilə 6 nəfər (5-i qadın, 1-i kişi olmaqla) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
***
Biləsuvarda evdə dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.
hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Bir evdə yaşayan Səidə Əmirova, Salah Ağayev, Sevda Ağayeva, Əli Ağayev, Zümrüd Ağazadə və Gülay Ağayeva dəm qazından zəhərləniblər.
Zəhərlənənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Daha çox 