Ana və körpəsi doğuş zamanı ölüb

Göygöl rayonunda gənc qadın və bətnindəki körpəsi doğuş zamanı ölüb. Bu barədə Qafqazinfo məlumat verib.
Rayonun Murovdağ qəsəbə sakini 1990-cı il təvəllüdlü N. Cəbrayılova 9 aylıq hamiləlik diaqnozu ilə xəstəxanaya qəbul olunsa da, təxminən 30 dəqiqə sonra həyatını itirib.
Həmin vaxt onun bətnindəki körpə də vəfat edib.
Yaxınlarının verdiyi məlumata görə, N.Cəbrayılova hamiləlik dövründə daim Mərkəzi Xəstəxanada müayinələrdən keçib və onun heç bir problemi olmayıb.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma başladılıb.
Son xəbərlər
Daha çox 