Plastik cərrahların siyahısı açıqlanacaq - Nazir

Rəsmi icazəsi olan plastik cərrahların siyahısı Səhiyyə Nazirliyi tərəfindən açıqlanacaq. Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
"Hər bir plastik cərrah Dəvət olunub. Tam şəffaf şəkildə onlarla araşdırılamalar aparılıb. Plastik cərrahiyyə proseduru ilə rəsmi icazəsi olan mətəxəssislərin rəsmi siyahısı təqdim olunacaq", - nazir bildirib.
Bundan əvvəl Səhiyyə Nazirliyi açıqlamasında bildirib ki, 2024-cü ilin dekabrın 27-dən bu günə qədər 82 plastik cərrah sənədlərini Səhiyyə Nazirliyinə təqdim edib.
Bir müddət öncə Səhiyyə Nazirliyi plastik cərrahlara yanvarın 31-nə qədər sənədlərini nazirliyə göndərməklə bağlı müraciət etmişdi. Sənədlərini göndərməyən cərrahların lisenziyası aiddiyatı üzrə ləğv olunacağı açıqlanmışdı.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox 