Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - Video

Fevralın 26-da Xətai Rayon Məhkəməsi "Toplum Tv" işi üzrə saxlanılan Şahnaz Bəylərqızının ev dustaqlığı ilə bağlı vəsatətini təmin edib. Bu barədə onun vəkili Bəxtiyar Hacıyev Anews.az-a açıqlamsında bildirib.
Belə ki, jurnalist ev dustaqlığına buraxılıb.
Jurnalist fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 15 gün müddətinə həbs olunmuşdu. O, xarici valyuta qaçaqmalçılığı və digər iqtisadi cinayətlərdə ittiham olunur.
Bir neçə gün öncə hüquq müdaciəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənlyarlı fevralın 11-də həbs olunan jurnalist Şahnaz Bəylərqızının işi ilə bağlı ölkə rəhbərliyinə ünvanladıqları müraciətlər çərçivəsində Daxili İşlər Nazirliyində qəbul olunublar.
Hüquq müdafiəçiləri dinlənilib və onlara bildirilib ki, müraciətin baxılmasının nəticələri barədə onlara məlumat veriləcək.
Bundan əvvəl hüquq müdafiəçiləri Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək Bəylərqızının ciddi sağlamlıq problemlərini və iki azyaşlı övladının olduğunu nəzərə alaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Aytac Zeynalova