Regionlarda həkim çatızmazlığı ilə bağlı birgə stategiya hazırlanır

Rayonlarda həkim çatızmazlığı probleminin həlli üçün Səhiyyə Nazirliyi, ,İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB birgə stategiya hazırlayır. Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
"Bununla bağlı Səhiyyə Nazirliyi,İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB birgə stategiya hazırlayır. Bölgələrdə mövcud olan həkim çatızmazlığı aradan qaldırılır", - nazir deyib.
Dekabrın 23-də TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, 2025-ci il Azərbaycana Almaniyadan çoxsaylı həkimlərin gətirilməsi planlaşdırılır.
Bundan əvvəl TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov deyib ki, həkimlərin 60%-i Bakıyadır və regionlarda həkim çatızmazlığı var.
Bundan əvvəl də Milli Məclisdə deputatlar tərəfindən regionalarda həkim çatızmazlığı məsələsi qaldırılıb.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 