Fatimə Mövlamlı saxlanılıb

"Meydan TV" ilə əlaqəli cinayət işinə görə jurnalist Fatimə Mövlamlı saxlanılıb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi təstiqləyib.
Bildirilib ki, istintaq orqanın təqdimatı əsasında məhkəməyə çıxarılacaq.
Bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıb.
Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib. Xətai rayon Məhkəməsi tərəfindən hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox 