Fazil Qasımovun məhkəməsi martın 7-nə təyin edilib

İstanbul Universitetinin doktorantı, hazırda saxta pul hazırlamaqda ittiham olunduğu üçün həbsdə olan iqtisadçı Fazil Qasımovun növbəti məhkəməsi martın 7-nə təyin edilib. Bu barədə Apa agentliyi yazıb.
İqtisadçı ilə bağlı olan məhkəmənin istintaqı yekunlaşıb.
Dövlət ittihamçısı onun 10 il həbs olunmasını istəyib.
İstanbul Universitetinin doktorantı, iqtisadçı Fazil Qasımov ötən ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana aparılıb və Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Onun həbsinin analoji ittihamlarla üzləşən Qubad İbadoğlunun işi ilə bağlı olduğu bildirilir.
Qubad İbadoğlu hazırda səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.
Aytac
Son xəbərlər
Daha çox 