Ağcabədidə zəncirvari qəza olub, beş nəfər ölüb

Ağcabədi rayonunda zəncirvari yol qəzası olub, beş nəfər ölüb.
"Report"un məlumatına görə, hadisə rayonun Xocavənd kəndi ərazisində baş verib.
"Mercedes", "Hyundai" və "VAZ" markalı avtomobillərin iştirakı ilə baş verən qəzada "VAZ”ın sürücüsü, həmçinin maşındakı dörd sərnişin hadisə yerində ölüb.
Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Daha çox 