Lənkəranda yük maşını çaya aşıb, sürücü xəsarət alıb

Lənkəranda yük maşını idarəetməni itirərək çaya aşıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Girdəni kəndi ərazisində qeydə alınıb.
Lənkəran rayon Göyşaban kənd sakini 2005-ci il təvəllüdlü Pərviz Fariz oğlu Abdullazadə idarə etdiyi “Ford Transit” markalı yük avtomobili ilə Girdəni-Havzava kənd yolunda hərəkətdə olarkən nəqliyyat vasitəsi sürüşüb və təqribən 20 m hündürlükdən Girdəniçaya aşıb.
Sürücü ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.