• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
01.03.2025 23:59

Hazırda qeyri-sabit hava şəraiti nisbətən sabitləşsə də, ötən gündən yağan qarın yaratdığı çətinliklər hələ də qalmaqdadır. Xüsusilə dağlıq və dağətiyi rayonlarda, eləcə də külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yolun buz bağlaması sürüşmə ehtimalını artırır.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, DYP əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı, texniki-təhlükəsizlik baxımından yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Şagirdlərə kömək etmək istəyən nəzarətçilər imtahandan qovulub - Video
Cəmiyyət 23:30
Şagirdlərə kömək etmək istəyən nəzarətçilər imtahandan qovulub - Video
Sabirabadda avtomobil kanala aşıb, yaralananlar var
Cəmiyyət 23:12
Sabirabadda avtomobil kanala aşıb, yaralananlar var
Buraxılış imtahanında verilən sualların CAVABLARI
Cəmiyyət 19:52
Buraxılış imtahanında verilən sualların CAVABLARI
Ramazan ayının üçüncü gününün duası,imsak və iftar vaxtı
Cəmiyyət 19:30
Ramazan ayının üçüncü gününün duası,imsak və iftar vaxtı
Binəqədidə ağac kəsintisi faktı aşkarlanıb
Cəmiyyət 16:45
Binəqədidə ağac kəsintisi faktı aşkarlanıb
Bakıda təcili yardım avtomobili aşıb
Cəmiyyət 15:13
Bakıda təcili yardım avtomobili aşıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 13:15
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Xankəndi Ağdərə və Xocalıda buraxılış imtahanları keçirilib
Cəmiyyət 12:46
Xankəndi Ağdərə və Xocalıda buraxılış imtahanları keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:11
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol