Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq - RƏSMİ

Sosial şəbəkələrdə Bakı şəhəri 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoya aid olduğu iddia edilən səsyazısı yayılıb.Bu barədə APA xəbər verir.
Səs yazısında direktor müəllimlərin ona ad günündə aldığı hədiyyəni özünə yaraşdırmadığı üçün onları təhqir edir və müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və nəticə haqqında əlavə məlumat veriləcək.