• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Martın 14-də Ay tutulacaq

Martın 14-də Ay tutulacaq
04.03.2025 14:01

Bu ilin ilk Ay tutulması martın 14-də baş verəcək və bu tam Ay tutulması olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, tutulma yerli vaxtla saat 09:09:33-də başlayıb, saat 12:47:48-də sona çatacaq.

Tutulma hadisəsi 3 saat 38 dəqiqə çəkəcək. Tam tutulma isə saat 10:26:06-da başlayıb, saat 11:31:26-da sona çatacaq. Tutulmanın maksimumu saat 10:59:56-da baş verəcək.

Tam tutulmada Ay 65 dəqiqə qırmızı-narıncı rəngdə görünəcək. Bu zaman, xüsusilə tutulma üfüqdə baş verdikdə Günəş şüaları Ayın səthinə birbaşa deyil, Yer atmosferindən keçərək düşür.

Bu zaman qısa dalğalar (məsələn, mavi işıq) atmosferdə səpildiyi üçün Ay səthinə yalnız daha uzun dalğalar (məsələn, qırmızı işıq) çatır və ondan əks olunur. Ona görə də biz tutulma zamanı Ayı qırmızı-narıncı rəngdə görürük. Bunu “Qanlı Ay” tutulması da adlandırırlar.  Ayın belə müxtəlif rənglərdə görünməyi Yer atmosferində nə qədər toz, su və digər hissəciklərin olduğundan asılıdır. Temperatur və rütubət də buna öz təsirini göstərir.

Bu nadir hadisə ən yaxşı Şimali və Cənubi Amerikada görünəcək. Ümumilikdə tam tutulma hadisəsi Sakit okean, Amerika, Qərbi Avropa, Qərbi Afrikada müşahidə olunacaq. Bu tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün Azərbaycandan müşahidə olunmayacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Abzas media" üzrə növbəti məhkəmə təxirə salınıb
Cəmiyyət 16:35
"Abzas media" üzrə növbəti məhkəmə təxirə salınıb
Naxçıvanda 60 ədəd elektrikli avtobus alınacaq - Sərəncam
Cəmiyyət 16:16
Naxçıvanda 60 ədəd elektrikli avtobus alınacaq - Sərəncam
Prezident Fuad Nağıyevə şiddətli töhmət verib - Sərəncam
Cəmiyyət 16:02
Prezident Fuad Nağıyevə şiddətli töhmət verib - Sərəncam
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
Cəmiyyət 15:18
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
Sabah külək əsəcək - Xəbərdarlıq
Cəmiyyət 15:07
Sabah külək əsəcək - Xəbərdarlıq
"Asan İmza" niyə işləmir? - Rəsmi açıqlama
Cəmiyyət 14:38
"Asan İmza" niyə işləmir? - Rəsmi açıqlama
Martın 14-də Ay tutulacaq
Cəmiyyət 14:01
Martın 14-də Ay tutulacaq
Saməddin Əsədov nazir müavini təyin edilib
Cəmiyyət 13:49
Saməddin Əsədov nazir müavini təyin edilib
Türkiyədə 27 min azərbaycanlı təhsil alır
Cəmiyyət 13:20
Türkiyədə 27 min azərbaycanlı təhsil alır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol