• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

"Asan İmza" niyə işləmir? - Rəsmi açıqlama

"Asan İmza" niyə işləmir? - Rəsmi açıqlama
04.03.2025 14:38

"Asan İmza" ilə bağlı yaranan problem İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə bağlı deyil. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib. 

"İki gündür "Asan İmza"ya girişlə bağlı müəyyən problemlər var. Problemlər Dövlət Vergi Xidməti ilə bağlı deyil. Aiddiyatı qurumlar problemlemin aradan qaldırılması istiqamətində işlər aparır", - sorğuya cavabda qeyd olunub. 

"Azercell"dən anews.az-a cavab olaraq bildirilib ki, "Asan İmza" ilə bağlı problemlər hazırda davam edir. Problemin ən qısa zamanda həll olunması üçün işlər gedir. 

Qurum rəsmisi problemin həll olunacağı təqdirdə müştərilərə bununla bağlı bildiriş göndəriləcəyini vurğulayıb. 

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz öz sosial hesabında paylaşım edərək "Asan İmza" sisteminin çökməsini uğursuzluq adlandırıb. Bildirib ki, "Asan İmza" kritik infrastruktura aid edilməlidir.

E-qaimə, bütün növ vergi bəyannamələri, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi, əmək haqları ilə bağlı və s. xidmətləri əldə etmək yalnız "Asan imza" ilə mümkündür.

Gülnar Nazimqızı 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Abzas media" üzrə növbəti məhkəmə təxirə salınıb
Cəmiyyət 16:35
"Abzas media" üzrə növbəti məhkəmə təxirə salınıb
Naxçıvanda 60 ədəd elektrikli avtobus alınacaq - Sərəncam
Cəmiyyət 16:16
Naxçıvanda 60 ədəd elektrikli avtobus alınacaq - Sərəncam
Prezident Fuad Nağıyevə şiddətli töhmət verib - Sərəncam
Cəmiyyət 16:02
Prezident Fuad Nağıyevə şiddətli töhmət verib - Sərəncam
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
Cəmiyyət 15:18
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
Sabah külək əsəcək - Xəbərdarlıq
Cəmiyyət 15:07
Sabah külək əsəcək - Xəbərdarlıq
"Asan İmza" niyə işləmir? - Rəsmi açıqlama
Cəmiyyət 14:38
"Asan İmza" niyə işləmir? - Rəsmi açıqlama
Martın 14-də Ay tutulacaq
Cəmiyyət 14:01
Martın 14-də Ay tutulacaq
Saməddin Əsədov nazir müavini təyin edilib
Cəmiyyət 13:49
Saməddin Əsədov nazir müavini təyin edilib
Türkiyədə 27 min azərbaycanlı təhsil alır
Cəmiyyət 13:20
Türkiyədə 27 min azərbaycanlı təhsil alır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol