Azərbaycanda zəlzələ olub

Gecə saatlarında Lerik, Yardımlı və İsmayıllı rayonlarında zəlzələ baş verib.Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, İsmayıllı rayonunda saat 04:01-də zəlzələ qeydə alınıb. Piriqulu stansiyasından 15 km şimal-qərbdə qeydə alınan zəlzələ 3,7 maqnitudada olub.
Zəlzələ ocağı Yerin 43 kilometr dərinliyində yerləşib.
Həmçinin saat 07:49-da, Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda da zəlzələ qeydə alınıb.
Zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.
Yerli vaxtla 07:49-da qeydə alınmış yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.
Son xəbərlər
Daha çox 