DİN vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.
Müraciətdə bildirilir:
“Təhlükəli sahələrə daxil olmayın, atılıb qalmış sursatlara toxunmayın, həyatınızı minaya qurban verməyin. Heç vaxt mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmayın, əlinizə götürməyin. Onlara müdaxilə etməyə çalışmayın”.
























