Gəncədə doğuş zamanı iki körpə ölümü qeydə alınıb - Yenilənib

Bu gün saat 06:00 radələrində 1997-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzinə hospitalizasiya olunub.Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, hamiləliyinin 36-cı həftəsində olan pasiyentə uşaqlıq boynunda iki çat, ağır dərəcəli preeklampsiya, lll dərəcəli posthemarragik şok, ciftin tam ayrılması və ölü döl diaqnozları təyin edilib.
Ona zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
12:22
Gəncədə iki körpə ölümü qeydə alınıb.
APA-nın xəbərinə görə, bu gün səhər saatlarında şəhər sakini 1997-ci il təvəllüdlü A.Orucova Gəncə Birləşmiş Xəstəxanasının Perinatal mərkəzinə ölü döl ilə daxil olub.
Həkimlərin səyi nəticəsində ananın həyatını xilas etmək mümkün olub, hazırda ananın vəziyyəti orta ağırdır.
Digər hadisə isə Abbas Səhhət adına Xəstəxananın doğum şöbəsində baş verib, körpəni xilas etmək mümkün olmayıb.
Son xəbərlər
Daha çox 