“Apple Pay” və “Google Pay”lə edilən ödənişlərin həcmi açıqlanıb

Ölkədə 2024-cü ildə “Apple Pay” və “Google Pay” vasitəsilə aparılan ödənişlərin sayı 2023-cü illə müqayisədə 2 dəfə artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
2024-cü ildə ödəniş kartları ilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi əvvəlki ilə nisbətən 8,6 faiz artaraq 64,2 % olub.
2023-cü ilin beş ayında "Apple Pay" üzrə nəğdsiz ödənişlərin həcmi 327 milyon, Google Pay vastəsilə isə 107 milyon manat olub.
Aytac