• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” region qadınlarının şəxsi inkişafına dəstək olur

“Nar” region qadınlarının şəxsi inkişafına dəstək olur
10.03.2025 14:54

Beynəlxalq Qadınlar Günü ərəfəsində start götürən “Her Art in Action” festivalına dəstək olan “Nar” yaradıcılığı və ifadə azadlığını ön plana çəkən bu layihənin əsas tərəfdaşlarından biridir. 9 mart – 6 aprel tarixlərini əhatə edən festivalın builki mövzusu “Xəyal etmək azadlığı” qadınların fərdi və kollektiv şəkildə xəyallarını necə təsəvvür etdiyini, vizuallaşdırdığını və ifadə etdiyini araşdırır.


Azərbaycan Rəssamlar İttifaqı və VarYox platformasının təşkilatçılığı ilə baş tutan festival
sənətsevərləri bir araya gətirir və yaradıcı ifadəni təşviq edir.


Festivalın təşkilinə verdiyi dəstəkdən əlavə, “Nar” sosial inklüzivlik strategiyası çərçivəsində 11
nömrəli internat məktəbinin şagirdlərinin sərgiyə qatılmasını təmin edir. Bu təşəbbüs gənc nəslin incəsənətlə tanış olmasına, yaradıcılıq potensialını inkişaf etdirməsinə və ifadə imkanlarını genişləndirməsinə şərait yaradır. Şagirdlər sərgi çərçivəsində müxtəlif sənət əsərləri ilə tanış olmaq və interaktiv seminarlarda, tədbirlərdə iştirak etmək imkanı əldə edəcəklər.
Tədbirin açılış nitqində çıxış edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət
departamentinin direktoru Hökümə Kərimova bildirib: “Nar” olaraq, milli mənəvi dəyərləri yaşadan sənətə dəstək verməkdən qürur duyuruq. “Her Art in Action” festivalı təkcə qadınların incəsənətdə rolunu gücləndirmir, həm də regionlardakı istedadlı sənətkarların səsini duyurmağa imkan yaradır.


Biz həmçinin 11 nömrəli internat məktəbinin gənclərinin festivalda iştirakını dəstəkləyərək
inklüziv mühiti təşviq edirik”.


Festivalın sərgisi Lesli Qrey və Ayna Moazzenin kuratorluğu ilə baş tutan və regionlarımızı təmsil edən yerli rəssamlarla yanaşı, beynəlxalq rəssam və kuratorların işlərini təqdim edəcək. Rəsm, video əsərlər, instalyasiyalar və tamaşaları əhatə edən ekspozisiya çərçivəsində seminarlar, portfolio icmalları və müzakirələr təşkil olunacaq.


Tədbir bütün sənətsevərlər üçün açıqdır. Festival haqqında daha ətraflı məlumatı qeyd edilən
linkdən əldə etmək mümkündür: //herartinaction.com


Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə
Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət
təqdim edir.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol