Ağdamda yeni binalar tikilir - 19 milyon manatdan çox xərclənəcək

Ağdamda 4 nömrəli yaşayış massivində 9 və 10-cu məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisinə 19.285.866,9 AZN vəsait xərcləyib. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat paylaşılıb.
Tenderin qalibi isə "MERKURİ-İNŞAAT" MMC-dir.
2025-ci ilin sonuna kimi Ağdam və üç kəndinə 10 minə yaxın əhalinin köçürülməsi planlaşdırılır.
Ümumilikdə Ağdamda 11 kəndin təməli qoyulub.
Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Gülnar