Samir Babayevə Qarabağ Universitetində vəzifə verilib

Samir Babayev Qarabağ Universitetinin klinikasına direktor təyin edilib. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Babayev iyirmi ilə yaxın müddətdə Nyu-York Tibb Kollecində, Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində, həmçinin Minnesota ştatında yerləşən Mayo Klinikasında rəhbər vəzifələrdə çalışıb.
Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.
33 ildən sonra bu il ilk dəfə Qarabağ Universitetində yenidən tələbələr təhsil almaq imkanı qazanıb.
Universitetdə təhsil alan tələbələr üçün müəyyən güzəştlər tətbiq edilib.
Qarabağ Univrsitetində tədris iki dildə -Azərbaycan və İngilis dilində aparılacaq.
Hazırda universitetin 1120 tələbəsi var.
Gülnar