• $ 1.7
  • € 1.8431
  • ₽ 1.9726
  • ₺ 0.0463
  • £ 2.2001

“Kahı” aparan nəqliyyat vasitəsindən külli miqdarda narkotik vasitə aşkar edilib

“Kahı” aparan nəqliyyat vasitəsindən külli miqdarda narkotik vasitə aşkar edilib
16.03.2025 17:12

Yük nəqliyyat vasitəsindən “kahı” formasına salınaraq gömrük nəzarətindən gizlədilməyə cəhd göstərilən külli miqdarda narkotik vasitə-marixuana aşkar edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsi “Astara” gömrük postunun idxal nəzarət xəttində saxlanılıb.

Stasionar rentgen qurğusunda baxış zamanı yük nəqliyyat vasitəsində şübhəli cizgilər müşahidə edilib və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.

Xidməti it nəqliyyat vasitəsindəki 2 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdə gömrük nəzarətindən gizlədilən 264 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 101 kiloqram 732 qram narkotik vasitə-marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Daha 2 nəfər Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldılar- Video
Cəmiyyət 20:38
Daha 2 nəfər Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldılar- Video
Mehriban Əliyeva Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb
Cəmiyyət 20:34
Mehriban Əliyeva Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb
Xankəndidə Novruz konserti olacaq
Cəmiyyət 20:00
Xankəndidə Novruz konserti olacaq
Ramazanın 17-ci gününün duası,imsak və iftar vaxtı
Cəmiyyət 19:30
Ramazanın 17-ci gününün duası,imsak və iftar vaxtı
“Kahı” aparan nəqliyyat vasitəsindən külli miqdarda narkotik vasitə aşkar edilib
Cəmiyyət 17:12
“Kahı” aparan nəqliyyat vasitəsindən külli miqdarda narkotik vasitə aşkar edilib
17 və 24 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək
Cəmiyyət 16:51
17 və 24 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək
DYP-dən sürücülərə xəbərdarlıq
Cəmiyyət 15:27
DYP-dən sürücülərə xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 14:30
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 13:53
Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol