• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan və Tramp arasında telefon danışığı olub

Ərdoğan və Tramp arasında telefon danışığı olub
16.03.2025 18:25

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı olub.Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Tərəflər ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan Türkiyə və ABŞ-nin iki müttəfiq ölkə olaraq yeni dövrdə əməkdaşlığının inkişaf edəcəyinə tam inandığını bildirib.

O, ABŞ Prezidentinin Rusiya ilə Ukrayna arasındakı müharibəni sona çatdırmaq üçün atdığı qətiyyətli addımları dəstəklədiyini, Türkiyənin müharibənin əvvəlindən ədalətli və davamlı sülh üçün səy göstərdiyini, bundan sonra da çalışacağını deyib.

Ərdoğan Suriyada sabitliyin bərpası, yeni administrasiyanın fəaliyyəti və normallaşma üçün sanksiyaların aradan qaldırılmasının vacib olduğunu və bunun suriyalıların vətənlərinə qayıtmasına imkan yaradacağını söyləyib.

Türkiyə lideri ABŞ-dən yeni dövrdə terrorla mübarizə ilə bağlı addımların gözlənildiyini, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün CAATSA sanksiyalarına son qoyulmasının, F-16 tədarükü prosesinin yekunlaşdırılmasının və Türkiyənin F-35 proqramında yenidən iştirakının yekunlaşdırılmasının vacibliyini vurğulayıb.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol