• $ 1.7
  • € 1.8431
  • ₽ 1.9726
  • ₺ 0.0463
  • £ 2.2001

Ombusdman iki internat məktəbində nöqsanlar aşkarlayıb

Ombusdman iki internat məktəbində nöqsanlar aşkarlayıb
17.03.2025 10:28

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Qrupunun üzvləri Elm və Təhsil Nazirliyinin nəznindəki E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbində və E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində nöqsanlar aşkarlayıb.

Planlı başçəkmələr zamanı müəssisələrin yataqxana, yeməkxana, tibb məntəqəsinə, sinif otaqları və digər inzibati otaqlarına baxış keçirilib, habelə uşaqların asudə vaxtının təşkili, qidalanma, içməli su təminatı və sənədləşmə işləri araşdırılıb. Hər iki müəssisədə uşaqlarla psixoloji işin aparılmasında istifadə olunan sənədlərdə məlumatların tam əks olunmadığı, 6 nömrəli Respublika xüsusi internat məktəbində bəzi dərman preparatlarının istifadə müddətinin bitdiyi, işıqlandırmanın normalara cavab vermədiyi, 9 nömrəli xüsusi internat məktəbində isə bəzi ərzaq məhsullarının yararlılıq müddətinin bitdiyi aşkar edilib.

Aşkar olunmuş problemlərlə bağlı müvafiq qanunvericilik və beynəlxalq sənədlərdə əks olunmuş tələblər diqqətə çatdırılmaqla, saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Başçəkmə zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Elm və Təhsil Nazirliyinə müraciət olunacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb
Cəmiyyət 14:32
Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:38
Sabahın hava proqnozu açıqlanıb
Beynəlxalq nəşrlərdə alimlərin məqalələrin sayı 2 dəfə çoxalıb - Nazir
Cəmiyyət 12:24
Beynəlxalq nəşrlərdə alimlərin məqalələrin sayı 2 dəfə çoxalıb - Nazir
Bakı və ətrafında istismarda olan avtobusların sayı artırılacaq
Cəmiyyət 11:41
Bakı və ətrafında istismarda olan avtobusların sayı artırılacaq
Bayram günlərində bol vitaminli ərzaqlar yeyin - Səhiyyə Nazirliyindən müraciət
Cəmiyyət 11:15
Bayram günlərində bol vitaminli ərzaqlar yeyin - Səhiyyə Nazirliyindən müraciət
Baş nazir süni torpaq sahəsinin icarə haqqının hesablanması qaydasını təsdiqləyib
Cəmiyyət 11:10
Baş nazir süni torpaq sahəsinin icarə haqqının hesablanması qaydasını təsdiqləyib
Ombusdman iki internat məktəbində nöqsanlar aşkarlayıb
Cəmiyyət 10:28
Ombusdman iki internat məktəbində nöqsanlar aşkarlayıb
Çingiz Mehdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib
Cəmiyyət 09:51
Çingiz Mehdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib
Bəzi ərazilərdə müvəqqəti qaz olmayacaq
Cəmiyyət 09:37
Bəzi ərazilərdə müvəqqəti qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol