• $
  • €
  • ₽
  • ₺
  • £

Bayram günlərində bol vitaminli ərzaqlar yeyin - Səhiyyə Nazirliyindən müraciət

Bayram günlərində bol vitaminli ərzaqlar yeyin - Səhiyyə Nazirliyindən müraciət
17.03.2025 11:15

Səhiyyə Nazirliyi  ölkə əhalisinin sağlamlığının qorunması, qida pozuntuları ilə bağlı müxtəlif xəstəliklərin baş verməsi, eyni zamanda yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə qarşıdan gələn bayram və istirahət günlərində kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə və əl gigiyenasına riayət etməyi, qida qəbuluna diqqət yetirməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqları daxil etməyi tövsiyə edib. Bu barədə qurumun əhaliyə müraciətində deyilir. 

 

Nazirlikdən verilən məlumata görə, yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-stabit keçməsi və bununla bağlı bütün respirator xəstəliklərin, həmçinin mövsümi qrip hallarının artması müşahidə edilə bilər.

Müraciətdə qeyd olunub ki, bu il Novruz və Ramazan bayramlarının eyni vaxta təsadüf etməsi səbəbindən, növbəti həftələrdə bayram şənliklərinin və digər kütləvi tədbirlərin təşkil olunması gözləniləndir:

"Bununla yanaşı, hazırda əhali arasında əksər insanların oruc tutması ilə əlaqədar gündəlik qida rejiminə fərqli qaydada riayət olunur. Belə ki, iftar zamanı həddən artıq qida qəbulu və ya müxtəlif qidaların eyni zamanda və ya ard-arda qəbul edilməsi insan orqanizminə öz təsirini göstərir

Ölkə əhalisinin sağlamlığının qorunması, qida pozuntuları ilə bağlı müxtəlif xəstəliklərin baş verməsi, eyni zamanda yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə qarşıdan gələn bayram və istirahət günlərində kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə və əl gigiyenasına riayət etməyi, qida qəbuluna diqqət yetirməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqları daxil etməyi tövsiyə edib.

Eyni zamanda, yaz mövsümünda havaların dəyişkən keçməsini nəzərə alaraq, üst geyimlərinin fəsil və hava şəraitinə uyğunlaşdırılması məsləhətdir",- məlumatda vurğulanıb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol