• $ 1.7
  • € 1.855
  • ₽ 2.0347
  • ₺ 0.0464
  • £ 2.2062

DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
19.03.2025 18:48

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

Müraciətdə bildirilir:

"Hazırda ölkə ərazisində külək və yağışla müşahidə olunan əlverişsiz hava şəraiti martın 24-dək davam edəcək.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, qaydalara ciddi riayət etməyi xahiş edir.

Sürücülərə yağışlı və küləkli havalarda sürət həddini hava şəraitinə uyğun seçmək, qəfil manevr və ya kəskin tormazlamadan çəkinmək, zərurət olmadan ötmə əməliyyatı aparmamaq tövsiyə olunur. Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri isə küləkli havada daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Nəqliyyat vasitələri sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edilərkən qapalı məkanlara üstünlük verilməlidir".

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın 20-ci gününün duası,imsak və iftar vaxtı
Cəmiyyət 21:35
Ramazanın 20-ci gününün duası,imsak və iftar vaxtı
Prezident Azərbaycan xalqını təbrik edib
Cəmiyyət 21:06
Prezident Azərbaycan xalqını təbrik edib
Məzuniyyətdə olan direktor müavinini işdən azad etmək istəyirlər - Bizə "eşşək" deyir/Şikayət/Yenilənib
Cəmiyyət 20:44
Məzuniyyətdə olan direktor müavinini işdən azad etmək istəyirlər - Bizə "eşşək" deyir/Şikayət/Yenilənib
Beynəlxalq axtarışda olan Qazaxıstan vətəndaşı ölkəsinə təhvil verilib
Cəmiyyət 19:10
Beynəlxalq axtarışda olan Qazaxıstan vətəndaşı ölkəsinə təhvil verilib
Küləyin sürəti güclənib - Faktiki hava
Cəmiyyət 18:59
Küləyin sürəti güclənib - Faktiki hava
DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 18:48
DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
MİQ-də iştirak edə biləcək qeyri-pedaqoji ixtisasların siyahısı müəyyənləşib
Cəmiyyət 18:08
MİQ-də iştirak edə biləcək qeyri-pedaqoji ixtisasların siyahısı müəyyənləşib
Heydər Əliyev Fond jurnalistin müalicə xərclərini qarşılayacaq
Cəmiyyət 18:00
Heydər Əliyev Fond jurnalistin müalicə xərclərini qarşılayacaq
Nazir idarə rəisini işdən çıxardı – Yeni təyinat
Cəmiyyət 17:30
Nazir idarə rəisini işdən çıxardı – Yeni təyinat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol