• $ 1.7
  • € 1.8582
  • ₽ 2.0804
  • ₺ 0.0463
  • £ 2.208

Narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olunub - Video

Narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olunub - Video
20.03.2025 12:00

Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüsü həbs edilib.Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Tufan” markalı, 99-X-258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fərid Məmmədov saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı F.Məmmədovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, iki ay inzibati qaydada həbs edilib.

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Braziliyada nadir maşınlar tapıldı— FOTOLAR
Cəmiyyət 10:18
Braziliyada nadir maşınlar tapıldı— FOTOLAR
Yağışlı hava davam edir - Faktiki hava açıqlanıb
Cəmiyyət 09:28
Yağışlı hava davam edir - Faktiki hava açıqlanıb
Bayram günlərində bazarlarda vəziyyət necədir?- Video
Cəmiyyət 09:25
Bayram günlərində bazarlarda vəziyyət necədir?- Video
Qar uçqununa düşən hərbçilərin nəşi ailələlərinə verilib
Cəmiyyət 09:14
Qar uçqununa düşən hərbçilərin nəşi ailələlərinə verilib
Xırdalanda səhərə qədər su olmayacaq
Cəmiyyət 23:30
Xırdalanda səhərə qədər su olmayacaq
Ramazanın 22-ci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 23:00
Ramazanın 22-ci gününün duası- İmsak və iftar vaxtı
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Cəmiyyət 20:30
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Küləyin gücündən 10 ağac aşıb
Cəmiyyət 19:30
Küləyin gücündən 10 ağac aşıb
Gəncədə qaz balonu partlayıb
Cəmiyyət 18:30
Gəncədə qaz balonu partlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol