• $
  • €
  • ₽
  • ₺
  • £

İmamoğlunun ifadələri üzə çıxıb– Mən bu suala cavab vermirəm

İmamoğlunun ifadələri üzə çıxıb– Mən bu suala cavab vermirəm
22.03.2025 10:34

Terror təşkilatına yardım və korrupsiyada ittiham olunan Türkiyənin İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin əməkdaşlarına 3 saat 40 dəqiqəlik və ya 121 səhifəlik ifadə verdiyi məlum olub.

Telegraf bu  barədə Türkiyə mətbuatına istinadla yazıb.

Polis İmamoğluna törətdiyi cinayət əməllərinə görə peşman olub-olmadığını soruşub, o, buna belə cavab verib: “Heç bir cinayət törətmədiyim üçün peşmanlıq imkanlarından faydalanmaq istəmirəm”.

Daşınmaz əmlak, nəqliyyat vasitələri və digər aktivlərlə bağlı suallara cavabında İmamoğlu bildirib ki, əmlakını bundan əvvəl artıq bəyan edib.

Bələdiyyə sədri aylıq gəlirinin 250 min lirə olduğunu söyləyib.

Dindirilmə zamanı polis İmamoğluna “cinayət törətmək məqsədi ilə dəstə yaratmaq və idarə etmək”, “cinayət törətmək məqsədi ilə yaradılmış dəstəyə üzv olmaq”, “rüşvətxorluq”, “tenderi saxtalaşdırmaq”, “vəzifədən sui-istifadə”, “hədə-qorxu ilə tələb etmə” və “dələduzluq” cinayətləri ilə bağlı suallar verib.

İfadə zamanı İmamoğluna onunla eyni istintaqda şübhəli bilinən 99 şübhəlinin fotoşəkilləri göstərilib və onları tanıyıb-tanımadığı soruşulub.

Əkrəm İmamoğlu bu suala belə cavab verib:

“Əslində burada olmağımın yeganə səbəbi mənə qarşı başlanmış siyasi müdaxilə və mübarizə nümunəsidir. Təəssüf ki, bu mübarizə forması mənə qarşı məhkəmə təzyiqi şəklində illərdir davam edir. Bu sualları İstanbul tarixində 16 milyon istanbulludan üç dəfə böyük səs fərqi ilə qalib gələn birinə verməyi xalqın iradəsinə qarşı olan prosesinin bir hissəsi kimi görürəm. Ona görə də bu açıqlamanı verirəm. Suallarınıza Baş Prokurorluq və digər instansiyalarda ətraflı cavablar verəcəm, lazım bildiklərimi də cavablandıracam”.

İstintaq çərçivəsində gizli və digər şahidlərin ifadələri ilə bağlı sözünün olub-olmadığı ilə bağlı sualı cavablandıran İmamoğlu bu sualları ciddi qəbul etmədiyini və bütün iddiaları şiddətlə rədd etdiyini bildirib.

İmamoğlu istintaq dosyesində təsbit edilən 7 fərqli tenderdə vətəndaşların yüz milyonlarla lirə zərər görməsi ilə əlaqədar sualları da cavablandırıb.

“Mən bu suala cavab vermirəm, bütün ittihamları qətiyyətlə rədd edirəm”, - İmamoğlu vurğulayıb

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol