Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Aprelin 14-də avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşması gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 14-də bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.