• $ 1.7
  • € 1.9952
  • ₽ 0.021757
  • ₺ 0.0425
  • £ 2.3133

Seldə həlak olan Pərviz "EVRASCON" şirkətinin əməkdaşı olub

Seldə həlak olan Pərviz "EVRASCON" şirkətinin əməkdaşı olub
17.04.2025 10:59

Ağsuda sel ekskavatorunun aşırması nəticəsində vəfat edən sahə rəisi Həyatullayev Pərviz “Avro-Asiya” İnşaat Korporasiyası "EVRASCON" ASC-nin" əməkdaşı olub. Bu barədə anews.az-a həmin şirkətdə çalışan başqa bir əməkdaş bildirib.

Hadisə nəticəsində ekskavatorun içində olan 4 nəfərdən biri hadisə yerində ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Ekskavatordan sağ çıxarılan şəxslər Qazax rayonunun Yuxarı Salahlı kənd sakini 33 yaşlı Bəxtiyar Nəsib oğlu Abdullayev, Cəbrayıl rayonunun Niyaziqullar kənd sakini 43 yaşlı Elnur Məhəmməd oğlu Salahov və Gədəbəy rayonunun Çiçəkli kənd sakini 37 yaşlı Bəxtiyar Fazil oğlu Qasımovdur. 

Yerli mətbuatın yazdığına görə, ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə daxil olublar. Bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən ekskavator aşıb.

Hüquq-Mühafizə orqanları hadisənin detallarını araşdırır. 

Məsələ ilə bağı "Evrascon" ASC şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala  bilmədik. Şirkətin mövqeyi olduğu halda işıqlandırmağa hazırıq. 

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirir ki, vəfat edən şəxsin şirkətlə əmək müqaviləsi varsa, hadisə iş başında baş veribsə, bu zaman istehsalatda bədbəxt hadisə sayılır və  bir dəfəlik kompensasiya ödənməlidir.

"Şəxsin 18 yaşına çatmayan övladı və yaxud 23 yaşına çatmamış təhsil alan, ya əlil  övladı varsa, o zaman ailəyə bir dəfəlik kompensasiya verilməlidir.  Əgər şirkət qanunu pozaraq, əməkdaşın sığortası olunmayıbsa, bu zaman sığorta yox işə götürən vəfat edən şəxsin ailəsinə bir dəfəlik kompensasiyanı ödəməlidir",- Sahib Məmmədov vurğulayıb. 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki,  hazırda məsələ ilə bağlı araşdırma aparılır və araşdırmanın nəticəsinə əsasən qanunvericiliyə uyğun tədbirlər görüləcək.

"Əməyin mühafizəsi qaydalarının pozulması və ya işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyinin mühafizəsi şəraiti ilə təmin edilməməsi İnzibati Xətalar Məcəlləsinin 198-ci və 199-cu maddələrinə əsasən inzibati məsuliyyətə səbəb olur",- məlumatda qeyd olunub.

“Avro-Asiya” İnşaat Korporasiyası "EVRASCON" ASC keçmiş "Azərkörpü" şirkətinin bazasında yaradılıb və  sonuncu dəfə 2025-ci ilin yanvarın 24-də  dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 377 min 290 manat olan ASC-nin qanuni təmsilçisi İsmiyev Həmzət İsmayıl oğludur.

Yerli mətbuat bu şirkətin keçmiş baş nazirin müavini Abid Şərivofla bağlı olduğunu yazır. 

Aytac Zeynalova 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 22:50
Bu ərazidə qaz olmayacaq
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Cəmiyyət 21:38
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Masallıda yanğın su kəmərini zədələyib
Cəmiyyət 20:55
Masallıda yanğın su kəmərini zədələyib
Polis ikitəkərli nəqliyyat sürücülərinə xəbərdarlıq edib - Video
Cəmiyyət 18:08
Polis ikitəkərli nəqliyyat sürücülərinə xəbərdarlıq edib - Video
Binəqədi rayonunda gənc qadının ölüm faktı ilə bağlı cinayət işi başlanıb
Cəmiyyət 17:53
Binəqədi rayonunda gənc qadının ölüm faktı ilə bağlı cinayət işi başlanıb
MDB Oyunları və Formula 1 yarışları ərəfəsində təcili tibbi yardım sistemində hazırlıq gücləndirilib
Cəmiyyət 17:43
MDB Oyunları və Formula 1 yarışları ərəfəsində təcili tibbi yardım sistemində hazırlıq gücləndirilib
Qarabağda tibbi infrastrukturun genişləndirilməsi sürətlə davam edir – TƏBİB
Cəmiyyət 17:40
Qarabağda tibbi infrastrukturun genişləndirilməsi sürətlə davam edir – TƏBİB
Azərbaycanda ilk - Yeni KlinikadaRobotik Reabilitasiya Mərkəzi açılır
Cəmiyyət 17:35
Azərbaycanda ilk - Yeni KlinikadaRobotik Reabilitasiya Mərkəzi açılır
TƏBİB cərahi xidmətlərlə bağlı yeni layihəyəyə başlayır
Cəmiyyət 17:32
TƏBİB cərahi xidmətlərlə bağlı yeni layihəyəyə başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol