Rəşad Dağlıya görə "Space TV"yə xəbərdarlıq edilib

Bir neçə gün əvvəl “Space TV”nin efirində meyxanaçı Rəşad Dağlının ad gününün qeyd olunması ilə bağlı kanala xəbərdarlıq edilib.Bunu “Modern.az”a Audiovizual Şuranın Kommunikasiya Sektorunun müdiri Taleh Quliyev bildirib.
O qeyd edib ki, sözügedən məsələ ilə bağlı Şuranın aidiyyatı struktur bölmələri tərəfindən araşdırma aparılıb və araşdırmanın nəticələrinə uyğun olaraq qanunvercilik çərçivəsində kanala rəsmi məktubla xəbərdarlıq edilib.
Həmçinin, televiziya kanalına bildirilib ki, eyni halın təkrarlanacağı təqdirdə, inzibati cəza tədbiri – sanksiya tətbiq ediləcək.
Televiziya kanalında cinayətə görə həbs edilən meyxanaçının ad gününün qeyd edilməsi sosial mediada birmənalı qarşılanmayıb. Həmin veriliş Tarix Əliyevin aparıcılığı ilə baş tutub.