• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan XİN-dən Kanadanın xarici işlər nazirinə CAVAB

Azərbaycan XİN-dən Kanadanın xarici işlər nazirinə CAVAB
24.04.2025 23:06

Kanadanın xarici işlər naziri olan bir şəxsin, ölkənin milli maraqlarına üstünlük vermək və beynəlxalq aləmdə nüfuzunu qorumaq əvəzinə, Kanada Erməni Milli Komitəsinin maraqlarını müdafiə etməsi, bu vəzifə üçün zəruri olan təhlil etmə qabiliyyəti və məlumatlılıq səviyyəsi nöqteyi nəzərindən ciddi narahatlıqlar doğurur.Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Kanada XİN rəhbəri Melani Jolinin “X” sosial şəbəkəsində 1915-ci il hadisələri ilə bağlı müraciətinə cavabında deyilir.

“Təəssüf ki, siz heç bir zaman 1 milyondan artıq azərbaycanlının Ermənistan tərəfindən törədilmiş etnik təmizləmələrə, qətliamlara, vəhşiliklərə, mədəni irsin məhv edilməsinə və digər insanlıq əleyhinə cinayətlərə məruz qalması məsələsinə toxunmamısınız. Bununla bağlı deyilən gözəl bir söz var: “Qərəz, kölgə kimidir, zəkanın işığını söndürür”. Sadəcə bir xatırlatma: hər zaman faktlara əsaslanın, erməni diasporasının saxta hekayələrinə deyil”, - Hacızadə bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycan tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri ölkə ərazisində yerləşmiş qeyri-qanuni Ermənistan hərbi birləşmələrinin təxribatlarına qanuni və mütənasib cavab idi.

“Cəmi 24 saatdan az davam edən bu əməliyyat, beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə, qanunsuz erməni hərbi birləşmələrinin və onların infrastrukturunun zərərsizləşdirilməsinə yönəlmişdi. Mülki əhali və infrastruktur hücuma məruz qalmayıb, bölgədən ermənilərin köçməsi isə onların könüllü seçimi olub”, - o bildirib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol