Əvəz Zeynallı səhhəti ilə bağlı azadlığa buraxılıb

"Xural" internet telekanalının rəhbəri Əvəz Zeynallı səhhətindəki ciddi problemlərlə bağlı məhkəmə qərarı ilə cəzadan azad edilib.
Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Əvəz Zeynallının və vəkilinin vəsatəti təmin olunub və o, xəstəliyi səbəbilə həbsdən azad edilib.
Əvəz Zeynallı posesdə şəxsən iştirak etməyib, məhkəməyə onlayn şəkildə qoşulub.
O, bir müddət əvvəl xərçəng xəstəliyinə tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2023-cü ilin fevralında çıxardığı hökmə əsasən, o, 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Zeynallı bir sıra maddələrlə, o cümlədən dələduzluq, rüşvət alma, nüfuz alveri və digər cinayətlərdə təqsirli bilinib.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox 