Regional Kollecdə yeni təyinatlar olub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə rəhbər heyətdə yeni təyinatlar həyata keçirilib.
Xoşqədəm Xudiyeva Regional Kollecin direktoru vəzifəsinə təyin edilib.
Xudiyeva bu təyinatadək direktor səlahiyyətlərini müvəqqəti olaraq icra etməklə yanaşı, eyni zamanda tədris işləri üzrə direktor müavini vəzifəsini də yerinə yetirirdi.
Yeni təyinatlardan biri də Aslan Quliyevə aid olub. O, tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Quliyev bu təyinatadək kollecdə tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərirdi.
Əgər bu xəbəri ingilis və ya rus dillərinə də tərcümə etmək istəsəniz
Son xəbərlər
Daha çox 