• $ 1.7
  • € 1.9277
  • ₽ 0.020509
  • ₺ 0.0444
  • £ 2.256

Bakıda ananın 14 yaşlı qızını əxlaqsızlığa cəlb etdiyi iddiaları araşdırılır

Bakıda ananın 14 yaşlı qızını əxlaqsızlığa cəlb etdiyi iddiaları araşdırılır
25.04.2025 17:38

Sosial şəbəkələrdə yayılan məlumatlardan sonra hüquq-mühafizə orqanları Bakının Yasamal rayonu ərazisində bir qadının azyaşlı qızını pul müqabilində əxlaqsızlığa cəlb etməsi ilə bağlı iddiaları araşdırmağa başlayıb.

İddialara görə, qadın 14 yaşlı qızını yaşına uyğun olmayan şəkildə geyindirib, makiyaj etdirərək onu müxtəlif şəxslərlə 500 manat müqabilində cinsi əlaqəyə məcbur edib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumatlardan sonra qadın və onun azyaşlı qızı polis orqanına dəvət olunub. Qızın ilkin izahatı əsasında məlum olub ki, sosial mediada yayılan məlumatlar həqiqətə uyğun deyil.

Qadının verdiyi izahata görə, yayılan görüntülər üç il əvvəl onun keçmiş həyat yoldaşı tərəfindən çəkilib və hazırda bu şəxslə heç bir əlaqəsi yoxdur.

Bununla belə, yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqə və digər seksual xarakterli hərəkətlərlə bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Rəsmi dövlət qurumları hələlik məsələ ilə bağlı açıqlama verməyib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Faktiki hava açıqlanıb
Cəmiyyət 20:28
Faktiki hava açıqlanıb
AZAL Bakıdan Hindistanın Əhmədabad şəhərinə birbaşa uçuşlara başlayır
Cəmiyyət 20:00
AZAL Bakıdan Hindistanın Əhmədabad şəhərinə birbaşa uçuşlara başlayır
Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 19:18
Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya olunub
Oğuzda kanaldan 80 yaşlı qadın meyiti tapılıb
Cəmiyyət 18:56
Oğuzda kanaldan 80 yaşlı qadın meyiti tapılıb
Aprel ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Cəmiyyət 18:54
Aprel ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Dubaydan Moskvaya uçan təyyarə Bakıda təcili eniş edib
Cəmiyyət 18:30
Dubaydan Moskvaya uçan təyyarə Bakıda təcili eniş edib
Yağış, dolu, sulu qar... – Hava ilə bağlı XƏBƏRDARLIQ
Cəmiyyət 18:20
Yağış, dolu, sulu qar... – Hava ilə bağlı XƏBƏRDARLIQ
Üç ayda 8 minə yaxın cinayət faktı qeydə alınıb
Cəmiyyət 17:58
Üç ayda 8 minə yaxın cinayət faktı qeydə alınıb
Bakıda ananın 14 yaşlı qızını əxlaqsızlığa cəlb etdiyi iddiaları araşdırılır
Cəmiyyət 17:38
Bakıda ananın 14 yaşlı qızını əxlaqsızlığa cəlb etdiyi iddiaları araşdırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol