Növbəti 15 ailə öz yurduna - Ballıcaya qayıdıb

Aprelin 29-da Xocalının Ballıca kəndinə 15 ailədən ibarət 68 nəfər köçürülüb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin Dövlət Komitəsindən bildirilib.
Bildirilib ki, bu mərhələ də Ballıcaya ümumilikdə köçürülənlərin sayı 811 nəfərə çatıb.
Xocalının Ballıca kəndi 2023-cü il sentyabrin 19-20-də Qarabağda keçirilən lokal antiterror tədbirləri məticəsində Azərbaycan Ordusunun tərəfindən azad edilib.
Prezident İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
İkinci Qarabağ Müharibəsindən sonra 9306 nəfər olmaqla 2400 ailə işğaldan azad olmuş ərazilərə köçürülüb.
Gülnar
Son xəbərlər
Daha çox 