Azərbaycan və Gürcüstan sərnişin qatarlarının açılması gözlənilirmi?- Açıqlama

Azərbaycan və Gürcüstan arasında qatarların açılması xəbərini Azərbaycan Dəmir Yolları (ADY) təkzib edib. Bu barədə anews.az-ın sorğusuna qurumdan bildirilib.
"Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 2020-ci il 12 sentyabrından Azərbaycanda xüsusi karantin rejiminin tətbiq olunub, hazırda da davam edir və ölkənin quru sərhədləri bağlıdır. Bununla əlaqədar qatarlarla beynəlxalq sərnişindaşıma fəaliyyəti 2020-ci ildən etibarən dayandırılıb",- məlumatda qeyd olunub.
Yerli mediada Azərbaycan və Gürcüstanın mayın 26-da Gürcüstanın Müstəqillik Günü və 28 May Azərbaycanın Respublika Günündə ilk qatarı yola salmaq barədə razılığa gəldiyi məlumatları yayılıb.
Bildirilib ki, “Gürcüstan Dəmir Yolu” QSC hazırkı mərhələdə kupe üçün biletlərin 50 lari (30,97 manat) və yataq avtomobilinin 70 lari (43,35 manat) qiymətinə satılmasını təklif edəcək. Azərbaycan tərəfinin hansı qiymətləri tətbiq etməyi təklif etdiyi hələlik məlum deyil.
Bundan əvvəl mayın 1-də yerli mediada Azərbaycan Gürcüstan qatarlarının açılması xəbəri yayılsa da, öz əksini tapmadı.
Bakı ilə Tbilisi arasında sərnişindaşıma 2020-ci ilin martında COVID-19 pandemiyası ilə əlaqədar dayandırılıb.
Ölkədə 2025-ci il iyulun 1-nə qədər xüsusi karantin rejimi uzadılıb.
Aytac
Son xəbərlər
Daha çox 