• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Ermənistanı “buraxmır”

Rusiya Ermənistanı “buraxmır”
30.04.2025 16:06

Rusiyanın Prezident Administrasiyası (PA) Ermənistanla bağlı informasiya gündəmini gücləndirmək və bu ölkədə 2026-cı ildə keçiriləcək parlament seçkilərinə qədə rusiyapərəst siyasətçiləri aktivləşdirmək niyyətindədir. Bu istiqamətə nəzarət Rusiyanın Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiryenkoya və onun tabeliyindəki idarələrin əməkdaşlarına həvalə olunub. Bu barədə "Vedomosti" nəşrinə məlumatlı mənbələr məlumat verib.

“Ermənistan rəhbərliyi getdikcə daha çox Qərbə yaxınlaşır ki, bu da Rusiyanın dövlət siyasəti baxımından qəbuledilməzdir”, — mənbələrdən biri bildirib.

Digər mənbənin sözlərinə görə, Kiryenkonun qarşısında Ermənistan ərazisində Rusiyanın maraqlarını  vasitəsilə təbliğ etmək vəzifəsi qoyulub.

O bildirib ki, artıq təbliğat işi başlayıb, seçkilər yaxınlaşdıqca qarşıya yeni məqsədlər qoyulacaq. Hazırda Ermənistanda açıqrusiyapərəs mövqedə olan siyasətçilər demək olar ki, yoxdur — yalnız keçmiş prezidentlər Serj Sarqsyan və Robert Koçaryan qalıb, buna görə də “Rusiya naminə danışacaq bir kəs yoxdur”.

Mənbə əlavə edib ki, növbəti seçkilərdə yenə də Baş nazir Nikol Paşinyanın qalib gələcəyi gözlənilir, lakin məsələ təkcə seçkilərdə deyil, “Rusiyanın Ermənistandakı varlığındadır”.

"Vedomosti" məlumatına görə, Kiryenkonun rəhbərliyi altında Ermənistana dair işlərə Rusiya Prezident Administrasiyasının Daxili Siyasət İdarəsi (rəhbəri Andrey Yarin), Sosial Proseslərin Monitorinqi və Təhlili İdarəsi (Aleksandr Xariçev) və İctimai Layihələr İdarəsi (Sergey Novikov) cavabdeh olacaq.

2024-cü ilin fevralında Baş nazir Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünün dondurulduğunu açıqlamışdı. Ardınca hökumət ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı prosesə başlamaq üçün qanun layihəsini qəbul edib. 2026-cı ildə Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək və həmin seçkilər nəticəsində yeni hökumət formalaşacaq. Hazırda parlamentdə çoxluğu Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Sazişi” partiyası təşkil edir.

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol