• $ 1.7
  • € 1.9335
  • ₽ 0.020591
  • ₺ 0.0442
  • £ 2.2638

"Azərbaycan məhəlləsi"ndəki evlərin tikintisi başa çatıb

"Azərbaycan məhəlləsi"ndəki evlərin tikintisi başa çatıb
30.04.2025 12:43

Türkiyənin Kahramanmaraş bölgəsində Azərbaycan məhəlləsi"nə aid tikilən evlərin inşası prosesi başa çatıb. Bu barədə report məlumat yayıb. 

Ümumilikdə 26 yaşayış binası, 456 mənzil və 328 qeyri yaşayış obyekti tikilib. 

Azərbaycan Türkiyədə zəlzələdən sonra Kahramanmaraş vilayətinə yaşayış binaları və sosial infrastruktur obyektləri tikməsi ilə bağlı Türkiyə ilə saziş imzalayıb. Azərbaycan bu layihə üçün 100 milyon ABŞ dolları vəsait ayırıb. 

Fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
 
Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Malatyada da 5.6 ballıq daha bir zəlzələ baş verib.

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 50 500 nəfərə çatıb.

Zəlzələ nəticəsində 115 mindən çox insan yaralanıb. 

Dünyanın 100-ə yaxın ölkəsindən Türkiyəyə dəstək yardımı təklif olunub. Türkiyə prezidenti bildirib ki, bir il ərzində evləri dağılmış insanların evlərini tikib təhvil verəcək. 

Zəlzələdən sonra ölkədə 6 bala yaxına fterşoklar olub. 

BMT Türkiyədə baş verən zəlzələni "Əsrin fəlakəti" kimi qiymətləndirib.
 
Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtın bu ərazilərində su olmayacaq
Cəmiyyət 15:53
Sumqayıtın bu ərazilərində su olmayacaq
Azərbaycan qızıl ixracından gəlirini artırıb
Cəmiyyət 15:09
Azərbaycan qızıl ixracından gəlirini artırıb
Elektromaqnit şüalarının qarşısını bununla alın: Amezcua E-Guard X Çipi...
Cəmiyyət 14:34
Elektromaqnit şüalarının qarşısını bununla alın: Amezcua E-Guard X Çipi...
Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
Cəmiyyət 14:30
Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
DİM imtahanların vaxtını dəyişib
Cəmiyyət 14:08
DİM imtahanların vaxtını dəyişib
Bəzi çaylarda sululuq artıb
Cəmiyyət 13:46
Bəzi çaylarda sululuq artıb
"AGA Group" şirkəti tələbələrin təqaüdünü ödəmir- Şikayət/İDDİA
Cəmiyyət 13:43
"AGA Group" şirkəti tələbələrin təqaüdünü ödəmir- Şikayət/İDDİA
Sabahın havası açıqlanıb
Cəmiyyət 13:22
Sabahın havası açıqlanıb
Kino Agentliyinə baş direktor təyin edilib
Cəmiyyət 13:09
Kino Agentliyinə baş direktor təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol