• $ 1.7
  • € 1.9214
  • ₽ 0.020753
  • ₺ 0.0442
  • £ 2.26

Aprelin 6-da keçirilən imtahanların nəticələri açıqlanıb, 8 nəfər qaydaları pozub



Aprelin 6-da keçirilən imtahanların nəticələri açıqlanıb, 8 nəfər qaydaları pozub
02.05.2025 17:29

Dövlət İmtahan Mərkəzi aprelin 6-da keçirilən bir neçə imtahanların nəticələrini elan edib.

həmin imtahanlar aşağıdakılardır:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.

İmtahan iştirakçıları nəticələrini öyrənmək üçün bu keçiddən istifadə etməlidirlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 33 min 382 nəfərdən 2 205 nəfər imtahana gəlməyib. 8 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda ən yüksək nəticəni 288,6 bal toplayan Sumqayıt şəhəri, 5 saylı orta məktəbin 2024-cü il məzunu Əsədova Aytən Eynur qızı göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 6 may saat 10:00-dan 8 may  saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

- Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

- İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

- İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra şagirdlər (abituriyentlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər (abituriyentlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (//eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Şirvanda yol qəzası olub, yaralılar var
Cəmiyyət 22:36
Şirvanda yol qəzası olub, yaralılar var
Davit İşxanyan və qardaşının azərbaycanlıların qətlində iştirakını sübut edən sənəd araşdırılıb
Cəmiyyət 20:30
Davit İşxanyan və qardaşının azərbaycanlıların qətlində iştirakını sübut edən sənəd araşdırılıb
Bakıda ağaclar qanunsuz kəsilib
Cəmiyyət 19:13
Bakıda ağaclar qanunsuz kəsilib
Faktiki hava açıqlanıb
Cəmiyyət 18:13
Faktiki hava açıqlanıb


Xocalıda qumbara partlayıb, 17 yaşlı oğlan xəsarət alıb
Cəmiyyət 17:49
Xocalıda qumbara partlayıb, 17 yaşlı oğlan xəsarət alıb


Aprelin 6-da keçirilən imtahanların nəticələri açıqlanıb, 8 nəfər qaydaları pozub
Cəmiyyət 17:29
Aprelin 6-da keçirilən imtahanların nəticələri açıqlanıb, 8 nəfər qaydaları pozub

Göygöl və Daşkəsənə dolu düşüb
Cəmiyyət 16:46
Göygöl və Daşkəsənə dolu düşüb
Məzahir Pənahovun oğlu həyat yoldaşını ölümlə hədələyir - haqqın.az
Cəmiyyət 16:42
Məzahir Pənahovun oğlu həyat yoldaşını ölümlə hədələyir - haqqın.az

Müstəqil media resurslarının kiberhücumlardan qorunması ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunub
Cəmiyyət 16:34
Müstəqil media resurslarının kiberhücumlardan qorunması ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol