• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

Fiziki məhdudiyyətli şəxslərlərə güzəşt olunmur - Xəyalə Bayramlı

Fiziki məhdudiyyətli şəxslərlərə güzəşt olunmur - Xəyalə Bayramlı
05.05.2025 18:02

Fiziki məhdudiyyətli şəxslərin hüquqları cəmiyyətdə demək olar ki, düzgün qorunmur. Bunu fiziki məhdudiyyəti olan Xəyalə Bayramlı anews.az-a müsahibəsində bildirib.

Mayın 5-i BMT Baş Assambleyasının 1992-ci ildə qəbul etdiyi qərarla Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü kimi bir sıra ölkələrdə, o cümlədən bəzi Avropa ölkələrində Avropa Əlillər Həmrəyliyi Günü kimi qeyd olunur.

Xəyalə Bayramlı vurğulayır ki, onun kimi şəxslər üçün qanunlar olsa da,  icrasında ciddi problemlər var.

"Əlil şəxlər üçün hazırlanan qanunların 95%-i icra olunmur. Yollarda əlliliyi olan şəxslər üçün düzgün piyada keçidinin olmaması, metrolara giriş-çıxışın  düzgün quraşdırılmaması problemlər yaradır. BakuBus əməkdaşlarına əlil şəxslərlə bağlı düzgün məlumatlandırma aparılmayıb. Fiziki məhdudiyyətli şəxslərə qarşı davranışlarla bağlı təlimlər keçirilməlidir. Bankların fiziki məhdudiyyətli şəxslərə kreditin verilməməsi və s. kimi hallar da var",- Bayramlı vurğulayıb.

O əlavə edib ki, bəzi məsələlərdə fiziki məhdudiyyətli şəxslərə güzəştə gedilməlidir.

"Mən özüm işə şəxsi avtomobilimlə gedirəm. İşlədiyim idarəyə yaxınlaşanda qarşısında parkinglər quraşdırılıb. Yeddi səkkiz saata 6 -7 manat ödəniş edirəm. Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) ya çox müraciət etmişəm. Bildirilib ki, hüquqlar bir olduğu üçün heç bir dəyişikliklər olunmur. Düşünürəm ki bu qanuna da düzəliş olmalıdır. Ya ləğv olunmalı, ya da endirim olunmalıdır. Pensiyanın azlığı da var. Əlilliyi olan şəxs kiməsə möhtac olmamalıdır. Ən böyük pozuntu isə həmin şəxslərin işlə təmin olunmamasıdır. Çox müraciət olunur. Amma 95 faizi işlə təmin olunmur. Özlərinə məsuliyyət götürmək istəmirlər",- o bidirib.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təxminən 1,3 milyard insan, yəni dünya əhalisinin təxminən 16%-i  fiziki məhdudiyyətli şəxsdir.

2024-cü ildə Azərbaycanda fiziki məhdudiyyətli şəxslərin sayı təxminən 640 min nəfər təşkil edib. Bu rəqəmə müxtəlif yaş qruplarından olan şəxslər daxildir və onların təxminən 70 min nəfəri uşaq və yeniyetmələrdir.

2024-cü il ərzində 49,000 nəfərə əlillik təyin olunub. Bu şəxslərin təxminən 24,000-i ilkin, qalanları isə təkrar əlillik təyinatı alıblar.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Həcc ziyarəti zamanı viza qaydalarını pozanlar 26 min dollar cərimələnəcək
Cəmiyyət 22:20
Həcc ziyarəti zamanı viza qaydalarını pozanlar 26 min dollar cərimələnəcək
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 20:55
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
“Centrum Air” Bakıdan Daşkəndə birbaşa uçuşlara başlayır
Cəmiyyət 19:13
“Centrum Air” Bakıdan Daşkəndə birbaşa uçuşlara başlayır
Şəhid anası: Oğlum sağ olanda daha yaxşı dolanırdım/Şikayət/Yenilənib
Cəmiyyət 19:06
Şəhid anası: Oğlum sağ olanda daha yaxşı dolanırdım/Şikayət/Yenilənib
Şəkidə yol qəzası olub, xəsarət alanlar var
Cəmiyyət 18:25
Şəkidə yol qəzası olub, xəsarət alanlar var
Fiziki məhdudiyyətli şəxslərlərə güzəşt olunmur - Xəyalə Bayramlı
Cəmiyyət 18:02
Fiziki məhdudiyyətli şəxslərlərə güzəşt olunmur - Xəyalə Bayramlı
Определен охват социальных услуг в полустационарной форме
Cəmiyyət 17:40
Определен охват социальных услуг в полустационарной форме
Naxçıvanda Azərbaycan XİN-in Aparatının idarəsi yaradılacaq- FƏRMAN
Cəmiyyət 17:15
Naxçıvanda Azərbaycan XİN-in Aparatının idarəsi yaradılacaq- FƏRMAN
Bakıda svetoforlara 53 velosiped bölməsi quraşdırılıb
Cəmiyyət 17:10
Bakıda svetoforlara 53 velosiped bölməsi quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol