AZAL Bakı-Astana reyslərinin sayını artırır

"Azərbaycan Hava Yolları" QSC (AZAL) sabahdan Bakıdan Qazaxıstanın paytaxtı Astanaya reyslərin sayını artıracaq. Bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, reyslərin həftəlik sayı 3-dən 4-ə qaldırılacaq.
Bundan başqa, mayın 31-dən "Air Astana" aviaşirkəti Atırau-Bakı-Atırau marşrutu üzrə uçuşlara başlayacaq. Uçuşlar həftədə 3 dəfə - bazar ertəsi, çərşənbə və şənbə günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək. Uçuş müddəti 1 saat 25 dəqiqə təşkil edəcək.
Son xəbərlər
Daha çox 